XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Hikmət Hacıyev İranın səfiri ilə görüşüb
SİYASƏT 05:38 / 14.09.2021

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı     fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Trend-in məlumatına görə, Hikmət Hacıyev görüşlə bağlı tviter səhifəsində paylaşım edib.

"Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə Prezidentin köməkçisi vurğulayıb.


1216 oxunub

InvestAZ