XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



ŞÜKÜR BU GÜNÜMƏ - Əbülfət MƏDƏTOĞLUNDAN yeni şeir
YAZARLAR 09:57 / 13.09.2021

Bu yolun ölçüsü otuz il qədər
Otuz il mən ölçdüm onu içimdə!
Göynətdi intizar, ağlatdı kədər -
Axır ki, göyərdi sonu içimdə!...
Sinəmin üstündə yatan dolaylar
Məni dolandırıb yolun başına...
Qıvrılıb gözümə batan dolaylar-
Bələnib gözümün isti yaşına..
Xəyalım perikib, xatirəm solub
Cadar-cadar olub dilim, dodağım...
Başıma qarışıq fikirlər dolub -
Çıxmayıb yadımdan bir an o dağım!
Tanrı yazan gündə Komandan əmri
Qaldırdı ayağa Azərbaycanı!
Bitdi millətimin dözümü, səbri -


Çevirdi bayrağa Azərbaycanı!
Fərəhim yurdumun pak səmasında -
Şükür bu günümə, şükür bu aya!
Bu gün mən şairlər komandasında -
Şeirin Bayramına gəldim Şuşaya!
Нравится
Комментировать
Поделиться

1375 oxunub

InvestAZ