XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Bakı praktiki addım mərhələsinə keçir
HÜQUQ 09:44 / 13.09.2021
Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində İran nömrəli maşınlar polislərimiz tərəfindən ciddi şəkildə yoxlanılır.

Bu, İranın Qarabağa qanunsuz yük daşımasına adekvat cavabdır: Bakı məsələni diplomatik kanallarla dəfələrlə Tehrana çatdırsa da, dəyişikliyin olmaması praktiki addımları aktuallaşdırdı; Gorus-Qafan yolunda aparılan yoxlamalarla rıçaqlar işə salındı;

Məlumatlara görə, yoxlamalar olduqca ciddidir: yüklər nədən ibarətdir, hansı şirkətə məxsusdur, hansı müştəriyə çatdırılır, lazım olarsa, yükün məxsus olduğu şirkət və müştərinin VÖEN-ni tələb olunur; sürücülərin bütün sənədlərinə də baxılır;

Azərbaycanın suveren ərazisindən tranzit kimi istifadə olunan İran maşınlarından tranzit haqqı da alınır.

Gorus-Qafan yolunda rıçaqlarını işə salan Azərbaycan Laçın dəhlizinə nəzarəti də gücləndirir. Müdafiə Nazirliyi də Rusiya Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin komandanlığına qanunsuz daşımaların qarşısının alınması üçün rəsmi məktublar ünvanlayıb.

Beləliklə, Bakı qiyabi xəbərdarlıqlardan praktiki addım mərhələsinə keçir
732 oxunub

InvestAZ