XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Ərdoğandan ilginc açıqlama: “Buşa bunu deyəndə, dərhal əmr verdi ki...”
SİYASƏT 19:48 / 11.09.2021

"Türkiyə müasir texnoloji avadanlıqların istehsalında dünyada öncül yerlərdən birini tutur”.

Yenisəs.az Teleqraf.com-a  istinadla   xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri ABŞ-ın keçmiş prezidenti Corc Buşla arasında PUA-larla bağlı baş vermiş dialoqdan danışıb:

"Türkiyə müasir texnologiyaya əsaslanan istehsalda öz markalarını yaradaraq dünya tərəfindən qəbuledilən səviyyəyə çatdı. İkiüzlü rəftarlara baxmayaraq, bunu bacara bilir. İndi ölkəmiz də özünə güvəndiyi yerdə dayanır. Keçmişdə əldən çıxardıqlarımıza "ah-vay” etmək üçün yox, gələcəyə yetişmək üçün çalışırıq.

Baş nazir olarkən dünyanı dolaşırdım. Oğul Buşla görüşdüm. Buşdan soruşdum ki, niyə bizə pilotsuz təyyarə vermirsiniz? Raysı (keçmiş dövlət katibi Kondalisa Rays) çağırıb, niyə Türkiyəyə dron vermədiklərini soruşdu. Dərhal dedi ki, əmr verək, PUA göndərək. Amma PUA-nı bizə cəmi iki günlük verib, yenidən geri almalı idilər. Çünki koordinatları bilirdi. Sonra bu şəkildə PUA verdilər. Bəs sonra nə baş verdi? Özümüz PUA istehsalçısı olduq”.



1397 oxunub

InvestAZ