XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



"Türkiyə Ağdamın dirçəldilməsində Azərbaycanın ən böyük dəstəkçisidir" - Mustafa Tuzcu
Gündəm 19:18 / 11.09.2021

Türkiyə dövləti torpaqlarının işğaldan azad edilməsi prosesində Azərbaycana əlindən gələn dəstəyi göstərdi. Hazırda da bu ərazilərin dirçəldilməsində ən böyük dəstəkçi Türkiyədir.

Bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyətinin Ağdama səfəri zamanı Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu Trend-in Qarabağ bürosuna açıqlamasında bildirib.

O qeyd edib ki, 30 ildən sonra işğaldan azad edilən Ağdamda olmaq çox qürurvericidir: "Bizim şirkətlərimizn Ağdamın bərpasına verəcəkləri töhfə yalnız ticari fəaliyyət deyil, həm də öhdəlikdir. Dövlətimiz, millətimiz buranın əvvəlki günlərinə qayıtmasına dəstək olacaq. 1992-ci ildən bu yana burada həyatını itirən bütün azərbaycanlı qardaşlarımızı yad edirik. Ümid edirik ki, bura yenidən adı kimi Ağdam - "Ağ ev” olar və dünyaya bu formada elan edilər.”

Qeyd edək ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdama səfər edib. Səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksi, Ağdam Dram Teatrının binasının qalıqları, Ağdam Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ziyarət edilib.


1052 oxunub

InvestAZ