XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



YUXUSUZ SƏHƏRİN ŞEİRİ - yazdı Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 09:07 / 10.09.2021

Yenə səhərimin gözlərinə şeh,
Yenə yanağına duman şökübdü...
Səmanın yaxasın günün şüası -
Bütün gücü ilə qat-qat sökübdü...
Bir az kədərlidi, bir az da yorğun
Sanki gecə boyu daş daşıyıbdı...
Bu səhər gecəni hamıdan oğrun-
Fikirlər içində tək yaşıyıbdı...
Gözündə dağ boyda qan ləkəsi var
Bəllidi gecədən necə çıxdığı...
Dünyanın üzünə səssiz yayılar -
Səhərin köksünə gecə yığdığı...
Yüklədi ruhuma izin almadan
Açılan bu səhər öz ovqatını...
Yaxşı ki, gecədə batıb qalmadan -
Səhər verdi mənə , söz ovqatını...

1408 oxunub

InvestAZ