XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Zəfər yolunun istifadəyə veriləcəyi vaxt AÇIQLANDI
MƏMLƏKƏT 16:33 / 07.09.2021

Zəfər yolu sentyabrın axırında istifadəyə tam hazır olacaq.

Yenisəs.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, 101 kilometrlik Zəfər yolunun asfaltlanma işləri yekunlaşıb: "Hazırda yolun xətlənməsi, yol nişanlarının quraşdırılmasına başlanılıb. Yaxın vaxtlarda bu işlər də tam başa çatacaq və Zəfər yolu tam olaraq istifadəyə veriləcək".

A.Nəcəfli deyib ki, dünyanın heç bir ölkəsində 10 ay ərzində respublika əhəmiyyətli yol sıfırdan tikilib istifadəyə verilməyib: "Bu, respublika əhəmiyyətli yoldur. 10 ay ərzində körpü-keçidlərlə birlikdə 101 kilometrlik yol inşa edilib. Bir aya təxminən 10 kilometr yol tikilib. Soyuq və şaxtalı havada belə bu yolda işlər sürətlə davam etdirilib. Yol sentyabrın axırında istifadəyə tam hazır olacaq".


2884 oxunub

InvestAZ