XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Azərbaycan-Türkiyə birgə təlimləri davam edir: Təyyarələr havaya qaldırıldı + VİDEO
Gündəm 14:34 / 07.09.2021

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.

Bu barədə Yenisəs.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.
Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.

Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.

Təlimlər sentyabrın 17-dək davam edəcək.


2050 oxunub

InvestAZ