XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



BULUDLAR - yazdı Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:10 / 07.09.2021

Daşa dəyib çilikləndi bir anda -
Qara donlu, ağ naxışlı buludlar...
Yerim yoxdu vərində, nə sıranda -
Qış havalı, yaz yağışlı buludlar...
Qədərimi mən seçmirəm - bu bəlli
Qədərimdi elə mənə təsəlli...
Bayatılı, nəğməli, həm məsəlli -
Nər sədalı, qız baxışlı buludlar...
Cığırların, çəhlimlərin sinəsi
İndi olub izlərimin binəsi!
Hal qalmadı daha məndə dinəsi -
İslandığım, yay alğışlı buludlar...

2143 oxunub

InvestAZ