XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



GÖRÜŞ ÜÇÜN -Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 09:45 / 06.09.2021
Mən bir az yuxuluyam,
Bir az fikri qarışıq...
Təkliyimlə aramda
Aparılır danışıq -
görüş üçün...
Xəyalım göy üzündə,
Misralarım kağızda...
Dili var hər gözün də -
Dua var hər ağızda -
görüş üçün...
İstəklərim qanadsız,
Yüyürməyim son cəhdim...
Önündə diz çökməkdi
Tanrım tək,bil son əhdim -
görüş üçün!

2093 oxunub

InvestAZ