XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Belə vicdansızlıq olmaz! - Ulucay Akif yazır
Ədəbiyyat 19:31 / 05.09.2021

Sonra deyirsiniz ki, Ulucay çox aqressivdi.

Necə aqressiv olmayım?

Şəmil Sadiq adında biri atamın şeirini oğurlayıb. Özü də məşhur "Dünya sənin nəyindi ki?" şeirini.

Şeirin elə şah misrası olan "Dünya sənin nəyindi ki" misrasını götürüb, digər yerlərindən də 1-2 misra çırpışdırıb özünə şeir "düzəldib".

Elə şeir "Atan deyil, anan deyil" sözləri ilə başlayır.

Axı, ayıbdı! Vallah ayıbdı!

Adamın vicdanı olar, insafı olar.

Şeirimizi oğurlayırsınız, misramızı oğurlayırsınız, cümləmizi oğurlayırsınız, mətnimizi oğurlayırsınız. Biz sizin evinizə girib nəsə oğurlayırıq sizdən?

Bunun o oğurluqdan nə fərqi var ki?

"Dünya sənin nəyindi ki" misrası Akif Səmədin imzası ilə möhürlənib. Bunu bütün sözü, şeiri bilənlər bilir. 

Ayıbdı, Şəmil Sadiq, ayıb!

Hələ şeirə mahnı da bəstələdib oxutmusunuz Çinarə Məlikzadəyə. Həmin bəstə də elə gənc aşıq Roman Azaflinın atamın şeirinə bəstələdiyi mahnıdan oğurlanıb

Belə vicdansızlıq olmaz!


4982 oxunub

InvestAZ