XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



YUXUSUZ SƏHƏRİN ŞEİRİ -yazdı Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 09:22 / 05.09.2021
Yenə səhərimin gözlərinə şeh,
Yenə yanağına duman şökübdü...
Səmanın yaxasın günün şüası -
Bütün gücü ilə qat-qat sökübdü...
Bir az kədərlidi, bir az da yorğun
Sanki gecə boyu daş daşıyıbdı...
Bu səhər gecəni hamıdan oğrun-
Fikirlər içində tək yaşıyıbdı...
Gözündə dağ boyda qan ləkəsi var
Bəllidi gecədən necə çıxdığı...
Dünyanın üzünə səssiz yayılar -
Səhərin köksünə gecə yığdığı...
Yüklədi ruhuma izin almadan
Açılan bu səhər öz ovqatını...
Yaxşı ki, gecədə batıb qalmadan -
Səhər verdi mənə , söz ovqatını...

4072 oxunub

InvestAZ