XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



İLAHİ - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 10:06 / 04.09.2021

İlahi , mən kiməm? - sən yaratdığın
Bir az yarım adam, bir az tam adam...
Bu yerin üzünə dən tək atdığın -
Varlığam , dərd də ki, mənim tamadam...
Günü gecə etmək, gecəni səhər
Yolumun üstündə dayanıb qəhər...
Cəhd etdim, istədim sənə bir təhər -
Sökülmüş yaxamı sapsız yamadam...
İlahi, atdığım hər bir addımın
Özündə mənasın gəzdim adımın!
Ürək çırpıntımın, ağız dadımın -
Sayın və ölçüsün böldüm tama , tam!
İlahi, qalxmaq da, çökmək də səndən
Tumurcuq, ya yarpaq tökmək də səndən!
Qurmaq da, lap elə sökməkdə səndən -
Təki məni elə, sən ona bir şam!

Комментарии: 0




2205 oxunub

InvestAZ