XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Xaçatryanın müraciəti: Qarabağa baxın və utanın!
SİYASƏT 10:55 / 03.09.2021

"Artsax günü” deyirsiniz? Bəs belə bir gün keçirmək üçün nə etdiniz? Baxın, indi orada Azərbaycan nələr edir. Baxın və utanın! Müasir yollar çəkilir, infrastruktur bərpa edilir. Bəs bizim hökumətimiz 30 il ərzində "artsax” üçün nə edib? İrəvan bu üç onillikdə Qarabağda bir iş də görə bilməyib. Bir dövlət də "dqr”i rəsmən tanımadı. Və ümumiyyətlə, Ermənistan orada heç bir şey tikmədi, ancaq taladı, dağıtdı…

Yenisəs.az  Axar.az-a  istinadla  xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Xaçatur Xaçatryan bölüşüb.

"İndi Qarabağda Azərbaycan fəal tikinti işləri aparır, aeroportlar, mehmanxanalar, tunellər tikir. Bütün bunlar Ermənistanın əvvəlki və hazırkı hakimiyyətinin "fəaliyyəti”nin real göstəricisidir”, - deyə erməni ekspert yazır.


2094 oxunub

InvestAZ