XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Bu halda birinci doza vaksin sertifikatından silinir - Nazirlik
Sağlamlıq 13:15 / 02.09.2021

Vaksinin birinci dozasından sonra koronavirusa yoluxan şəxsin adı sistemə düşübsə, sistem onun birinci dozasını avtomatik olaraq silir.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, birinci dozadan sonra virusa yoluxanlar səhiyyə kartında göstərilən müddətdə ikinci dozanı qəbul edib, COVID pasportu ala bilməzlər:

"Həmin şəxslərin 6 ay müddətinə immunitet sertifikatı olur. Xəstələnib sağaldıqdan 3 ay sonra növbə götürüb yenidən vaksinin hər iki dozasını qəbul etmək olar".

 


2316 oxunub

InvestAZ