XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



ÖZÜMLƏ SÖHBƏT - yazdı Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 10:45 / 02.09.2021
Üzümə oxunan yazı tanışdı -
Mürəkkəbi kədər, qələmi kədər...
Mənlə haqq-hesabı açıq danışdı -
Əlavə nə versə - sələmi kədər...
Gecəyə girovdu yuxum bəxtəvər,
Gündüzə xəyalım çaparlıq edir...
Nə vaxtdı düşübdü məndə bəxtə, vər -
Səssizcə qürub tək saralıb gedir!
Durmadan , aramla xışlanır sinəm -
Aşkar eşidirəm qəlb çırpıntımı ...
Yaman ağırlaşıb göz qapaqlarım -
Toxundum,kipriklər bax. çırpıldımı?!
Mən yazı adamı, xətt tanıyanam
Qələm sahibi də yalnız O BİRdi!
Xəyalı xəyala sırt calıyanam -
Bu işdə güvəncim yerdəki PİRdi!

4361 oxunub

InvestAZ