XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Mövlud Süleymanlı Əbülfət Mədətoğlunu Şuşada tapdı
Ədəbiyyat 13:15 / 01.09.2021


Bugünlərdə Şuşada səfərdə olan Mövlud Süleymanlı şair Zakir Fəxri ilə qarşılaşıb. Söhbət zamanı Mövlud Süleymanlı Zakir Fəxriyə deyib ki, Zakir, bir şair var e, onu axtarıram, gözümə dəymir, sənin də dostundu. Bəlkə buralarda görmüsən onu?

Zakir Fəxri xeyli fikirləşir və söhbətin kimdən getdiyini xatırlaya bilmir. Sağollaşıb ayrılanda birdən Zakir Fəxri ilə Əbülfət Mədətoğlu qarşılaşır. Zakir məsələni Əbülfətə söylədiyi məqamda uzaqdan onları seyr edən Mövlud Süleymanlı uca səslə deyir:

- Ay Zakir, bax, elə mənim axtardığım elə o yanındakı oğlandır. Bu yaxınlarda onun bir topa şeirini oxudum. Ləzzət elədi mənə, öpürəm onu.

Bu sözləri   Yenisəs.az saytına açıqlamasında Zakir Fəxri əməkdaşımıza söyləyib.



5594 oxunub

InvestAZ