XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



BELƏ SEVGİ - Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 11:12 / 01.09.2021
Mənim səhərimin kipriyi şehli,
Gecəmin yüküsə daşdan ağırdı...
Bütün istklərim kədərə behli -
Hətta kipriyim də yaşdan ağırdı...
Dırnaq yerlərini ötən anların
Taleh naxışı tək sığallayıram...
Düşünmə qədərdən bezmişəm artıq -
Özüm deyinirəm, cığallayıram...
İynə ucundan da kiçik xatirə
Saxlayır ayaqda, qoymur yıxılam...
Şəhər küçə-küçə, bir sən xətirə -
Dolaşır mənimlə - qoymur sıxılam!
Şəkillər... görüşlər və pıçıltılar ...
Yerdə də, göydə də ruhlar əl-ələ!
Tənhalıqdan doğan son hıçqırtılar -
Deyir , belə sevgi olmayıb hələ!

4325 oxunub

InvestAZ