XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Koronavirusdan ölənlərin sayı kəskin artdı
Sağlamlıq 18:46 / 28.08.2021

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib, aktiv xəstə sayı 50 244 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, ötən müddət ərzində isə ümumilikdə 4 414 517 test aparılıb.

Qeyd edək ki, dünən COVID-19-dan ölənlərin sayı 35 nəfər olub.


1193 oxunub

InvestAZ