XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



GÖRÜŞ ÜÇÜN - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 10:49 / 28.08.2021
Mən bir az yuxuluyam,
Bir az fikri qarışıq...
Təkliyimlə aramda
Aparılır danışıq -
görüş üçün...
Xəyalım göy üzündə,
Misralarım kağızda...
Dili var hər gözün də -
Dua var hər ağızda -
görüş üçün...
İstəklərim qanadsız,
Yüyürməyim son cəhdim...
Önündə diz çökməkdi
Olub mənim son əhdim -
görüş üçün!

2572 oxunub

InvestAZ