XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Gorus-Qafan yolu açıldı
SİYASƏT 10:38 / 28.08.2021

Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolu açılıb.

Yenisəs.az  Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Sünikin (Zəngəzur) qubernator müavini Narek Babayan "Facebook” səhifəsində yazıb.

Erməni KİV-ləri yazır ki, Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərtilə yolun açılmasına razılıq verib.

Ermənistan tərəfinin iddiasına görə, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıblar. Bu, Qafan-Gorus yolunda azərbaycanlı sərhədçiyə edilən hücumdan sonra baş verib.

Ermənistan tərəfi bildirir ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir.

Həmçinin qeyd olunub ki, dünən Tehran-İrəvan-Tehran marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının reysləri ləğv edilib.


1959 oxunub

InvestAZ