XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



KTMT-nin sərhədə yeridilməsi müzakirə olundu - Rus general İrəvanda
SİYASƏT 17:50 / 27.08.2021

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisinin birinci müavini, general-leytenant Xasan Kaloyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda işgüzar səfərdədir.

Yenisəs.az  Teleqraf.com-a  istinadla   xəbər verir ki, o bu gün Ermənistanın müdafiə naziri Arşak Karapetyan tərəfindən qəbul olunub.

Ermənistan MN-in yaydığı məlumata görə, A.Karapetyan görüş zamanı Ermənistan ətrafında yaranmış təhlükəsizlik mühitini təqdim edib.

Xasan Kaloyev KTMT-nin Kollektiv operativ reaksiya qüvvələrinin birgə operativ yerləşdirilməsinin planlaşdırılması məsələləri ilə bağlı müdafiə nazirinə məruzə edib.

KTMT-nin Birləşmiş Qərargah rəisinin birinci müavini KTMT Kollektiv operativ reaksiya qüvvələrinə daxil olan Ermənistan bölmələrinin döyüş hazırlığı ilə bağlı məsələlərlə də tanış olub.

Xasan Bekoviç Kaloyev rusiyalı hərbçi, general-leytenantdır. Milliyyətcə osetindir. 1961-ci ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının paytaxtı Orconikidze şəhərində (hazırda Şimali Osetiya - Alaniya Respublikasının paytaxtı Vladikavkaz şəhəri) doğulub. 2018-ci ildən KTMT-nin Birləşmiş Qərargah rəisinin birinci müavinidir.



2005 oxunub

InvestAZ