XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



BAĞIŞLA - yazdı Əbülfət MƏDƏTOĞLU ("Bir qadına..." silsiləsindən)
Ədəbiyyat 10:20 / 27.08.2021

Dan üzüdü, şehli güldü, bir də mən
Baş-başayıq - danışırıq baxışla...
Ziyarətçi sayılıram pirdə mən -
Sirri açdım, dözəmmədim, bağışla!
Diqqət çəkir yanağında parlayan
Təbəssümdü dodağında xarlayan...
Bu da mənəm- hər anıma qarlayan -
Tənhalıqdı, gəzirəm bu naxışla...
Zaman üçün unudulmuş qəsirəm
Tamlıqların sonundakı kəsirəm...
Bir Allaha, bir də Sənə əsirəm -
Fərq etmir heç xatirələr yağışla...
Çırpıntılar tək ürəyin səsimi?
Bacarırsan, çək ürəyim, səsimi!
Elə lək-lək ürəyiimi, səsimi -
Hər an üçün hecaya böl - ba.- ğış - la!


7263 oxunub

InvestAZ