XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Bakıda polis maşını vuruldu
KRİMİNAL 14:47 / 23.08.2021

Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

Yenisəs.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 00:10 radələrində, Biləcəri qəsəbəsi, Füzuli küçəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramiz Rafiq oğlu Ələkbərov idarə etdiyi "Toyota” markalı 10 TX 389 nömrəli avtomobillə Rayon Mühafizə İdarəsinin (RMİ) polis serjantı, 1987-ci il təvəllüdlü Bəhruz Rəcəb oğlu Cəfərovun idarə etdiyi "Volksvagen” markalı 99 AP 148 nömrəli avtomobili vurub.

Qəza nəticəsində "Volksvagen” markalı avtomobilin ön hissəsi əzilib, xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


2275 oxunub

InvestAZ