XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



ƏLİSƏFA AZAYEV:- GÖZƏL MƏKAN
Ədəbiyyat 10:11 / 23.08.2021


 İlk dəfə bu ifadəni Xaçmaz haqqında eşitdi  və sonralar onun əyani şahidi olamaq üçün ora yola düşəndə heyrətdən yerində donub qaldı. Sanki məşhur ədiblərimizlə, yazarlarımızla, sənət adamlarımızla üz-üzə gəldi və onu bir kövrəklik bürüdü... İlahi, nə gözəl!..

İstər-istəməz Ulu Öndərimiz Heydər Əliyevin bu gözəl məkan haqqında dediyi xoş sözləri xatırladı: «Xaçmaz rayonu Azərbaycanın ən gözəl guşələrindən biridir. Burada təbiət də gözəldir, torpaq da münbitdir. Buranın adamları da qəhrəman, fədakardırlar».

Siyəzən rayon dövlət notariusu işlədiyi 1995-2016-cı illərdə çox vaxt elə sərbəst vaxtlarında o rayona can atardılar. Bir də ki, Xaçmaz elə əsil mənada region mərkəzi idi. Ədliyyə nazirliyinin Xaçmaz regional şöbəsi burada yerləşirdi.

Həmin təşkilat üçün Xaçmaz şəhərinin görümlü-baxımlı yerində tikilmiş dörd mərtəbəli yaraşıqlı binanın açılışına Xaçmaz rayon İcra hakimiyətinin başçısı Şəmsəddin Xanbabayev də gəlmişdi. Həyətdə Ədliyyə naziri cənab Fikrət Məmmədovun gəlişini gözləyirdilər. Qonaq kimi o da dəvət olunmuşdu. Yaxınlaşıb Xaçmaz rayon dövlət notariat kontorunun natariusu Firdovsi Məmmədovla görüşəndə dedi:

- Tanış ol, icra başçımız Şəmsəddin müəllimdir.

- Çox gözəl... Elə onu çoxdan görmək istəyirdi...

Əl-ələ verib görüşdülər. Firdovsi müəllim onu da təqdim etməyi unutmadı. Şəmsəddin müəllim şad halda maraqlı söhbətində idi. Doğrusu, ona ilk baxışdan valeh olmuşdu. Mehriban simalı, üz-gözündən nur tökülən, əsil Azərbaycan ziyalısı, kişisi... Onun insanlarla xoş rəftarı, xeyirxahlıqları barədə çox eşitmişdi. Quruculuq işləri isə göz qabağında idi. Elə Şəxsiyyətlər Muzeyi, bu gözəl, xeyirxah işi barədə söz açmaq istəyirdi ki, milis maşınının səsi eşidildi, nazir gəldi...

Ədliyyə nazirliyi Xaçmaz Regional idarəsinin rəisi baş ədliyyə müşaviri Rasim Məlikov onsuz da çox məsuliyyətli bir adam, işçi kimi  tanıyırdı. Çalışırdı ki, hər şey qaydasında olsun. Axı, bura açılışa bir başqası yox, onun rəhbəri, Ədliyyə naziri I dərəcəli Dövlət ədliyyə müşaviri Fikrət Məmmədov gəlmişdi. Hərbi dillə desək general-polkovnik... Özü də axı onlar bir vaxtlar Sumqayıtda şəhər prokurorluğunda bir yerdə işləmişdilər. Fikrət müəllim şəhər prokuroru, o, müavin idi.

Rasim müəllim Siyəzən rayon prokuroru işlədiyi illərdən tanıyırdı. Gəldiyiy üç ay tamam olsa da, hələ görüşməmişdilər. Haqqında ürək açan sözlər eşidirdi. Deyilənə görə ali təhsili Rusiyada almış, sadə, gözəl bir insandı... Görüşəndə ona dedi:

- Burada kimi dindirirsən... Deyirlər ki, notarius nə dedi qanundur.

- Sağ olsunlar...

- İnanın, olanı deyirəm.

Bu münasibət də onlar arasında yaxınlıq yaratdı. Hətta onda Rasim müəllim soruşdu:

- Bəs necə olur ki, Sizin kimi  bir adam hakim  təyin olunmadı.

- Yəqin belə məsləhətdi də...

- Yox...- deyə, o, fikrini bildirdi. - Mən bu barədə nazirdən soruşaram.

Narahat olmuş kimi dedi:

- Rasim müəllim, məsləhət deyil. Sonra da elə bilərlər ki, mən təşəbbüs göstərmişəm.

Nə qədər desə də, onu bu fikrindən yayındıra bilmədi. Bəlkə də o elə özü bu qənaətə gəlmişdi. Təyin olunmuş xanım hakim çox təcrübəsiz idi axı. O isə bir vaxt burada hakimi də əvəz etmiş, onu təcrübəli bir hüquqşünas kimi tanıyırdılar.

Onda heç Rasim müəllimin dediklərinə də bir o qədər inamlı olmadı. Gəlişi gözəl söz kimi başa düşdü. Ancaq çox keçmədi ki, söhbəti özü açdı:

- Nazirdən sizin barədə soruşdum. Dedi ki, vaxtında onu mənə yaxşı xarakterizə etməmişdilər.

Onda elə Rasim müəllimə dedi:

- Bir dəfə bu barədə hakim mənə dedi. Heç soruşmadım da ki, nə deyib. Çünki onun dilindən mənim ünvanıma xoş söz çıxmazdı. Yetim birisinə vərəsəlik qaydasında ev vermişdi. Görüm-baxım etdilər, alıb bir başqasına verdi. Mnə də dözməyib, Ali Məhkəməyə kassasiya şikayəti verdim. Qətnamısini, qərardadını ləğv etdilər.

O gün Ədliyyə nazirliyi Xaçmaz Regional idarəsinin təzə binasının foyesindəcə təntənəli bir tədbir keçirildi. Ətraf rayonların ədliyyə işçiləri orada iştirak edirdilər. Ədliyyə naziri cənab Fikrət Məmmədov çox əhatəli, gözəl bir çıxış elədi. Təsadüfən lap yaxında dayanmışdı. Onun hər bir hərəkətini görür, xoş səsini eşidirdi. Ona kimi onun belə gözəl söz sərrafı, natiq olmasını bilmirdi. Neçə illik ədliyyə işində, görülmüş, görüləcək işlərdən elə gözəl danışdı ki, hamı onu maraq içində dinləməkdə idi.

Şəmsəddlin müəllim bir ev sahibi, rayon rəhbəri kimi cənab nazirə öz minnətdarlığını bildirdi, belə səfərlərininin tez-tez olmasını arzuladı. Fikrət Məmmədov həqiqi mənada başqa nazirlərdən öz mədəni rəftarı, ölçülü-biçili davranışı, münasibəti ilə çox seçilirdi. Əsl Azərbaycan ziyalısı, oğlu idi. Hələ onun haqqında xoşagəlməz bir söz eşitməmişdi. Halbuki gör neçə il idi ki, bu mötəbər vəzifədə idi. 2000-ci ildən...

Həmin tədbirdən sonra şəhəri gəzəsi oldu. Hara baxırdın abadlıq, quruculuq işləri gedirdi. Gözəl, yaraşıqlı binalar, heykəllər, zövq oxşayan obyektlər, yaşıllıqlar...

Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan meydanda, onun abidəsi önündə bir anlıq ayaq saxlayıb, öz möhtəbər yerində əyləşmiş bu adama nəzər salır, sanki qəlbən söhbətləşirlər:

- Sizi beləcə görməyimə çox şadam...

- "Çox gözəl...”

- Sağ olsun xeyirxah insanları...

- "Qurub, yaradırlar da...”

- Bütün bunların səbəbkarı siz oldunuz, siz...

- "Həm də xalqımız...”

- Siz atəşgaha nail olmasaydınız, hələ də say-seçmə oğullarımız qırılacaqdı... İtirdiklərimiz daha çox olacaqdı, nəinki qazandıqlarımız... Gürcüstanın gününə düşəcəkdik...

- "Bəlkə də...”

- Sizin, «Əsrin müqaviləsini» imzalamağımız iqtisadiyyatımızda dirçəliş yaratdı. Bunu kim gözləyə bilərdi ki?..

- "Məndən əvvəl cəhd eləmək istəmişdilər... Alınmamışdı...”

- Bir də Yeni Konstitusiyamızın qəbulu... Bu isə əsil fədakarlıq, qəhrəmanlıq oldu...

- «Bunu başa düşən düşür...»

- O vaxita kimi köhnə konstitusiyaya dörd yüzdən artıq düzəliş olmuşdu. Əsl mənada yamaqlı paltarı xatırladır, qanun tələblərinə cavab vermirdi...

- "Düzdür...”

- Cəbhə vaxtı da bu təşəbbüsdə oldular. Ancaq bu hər adamın işi deyildi axı. Konstitusiya dəyişdirsin, ora öz imzasını ata bilsin...

- ...

- Bu günkü uğurlarımız göz qabağındadır. Elə Xaçmaz rayonunun timsalında...

- ...

- Biz beləcə də işıqlı sabaha doğru gedəcəyik...

Sanki səsinə özü ayılır, Əziz Əliyevin adını daşıyan muzeyin yanına necə gəlib çıxdığını bilmir. Deyilənə görə bir vaxtlar bu qayğıkeş insan öz istəkli qızını çekist oğlana vermək istəmirmiş. Alim qardaşın xeyirxahlığı ilə böyük şairmiz Səməd Vurğun elçi düşür. Hər şey sözsüz-söhbətsiz həll olunur. İki sevən gənc öz arzusuna çatır.

Bəlkə bütün bunlar idi Şəmsəddin müəllimi belə xeyirxah işlərə vadar edən, şeir-sənət fədailərinə abidə qoyduran? Xaçmaz rayon Tarix Diyarşünaslıq muzeyi öz binasının möhtəşəmliyi ilə göz oxşayır... Şəxsiyyətlər Muzeyinin açıq havada nümayiş etdirilən bürünc, tunc heykəllərinə baxa-baxa onların arasında gəzinir.

İlahi, heç bilməzdi ki, neçə-neçə şairimiz, yazarımız heç əlli ili də yaşamayıb, bu işıqlı dünya ilə cavankən vidalaşıblar: Sabir, Müşfiq, Cavid, Cəfər Cabbarlı, Əliağa Kürçaylı, Əli Kərim...

Qəlbində bütün bu xeyirxah işlərin təşəbbüskarı, icrasını təşkil edən, ucaltdüran, bugünkü günə gətirib çıxartdıran Xaçmaz rayonu İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə minnətdarlıq edə-edə üz tutur mərkəzi kitabxanaya. Elə burada, lap yaxınlıqdadı.

İçəri girib kitabxanaçı qızlarla salamlaşır.  Bu vaxt bir dəstə məktəbli gəlir. Bir-bir rəfdəki kitablara baxır, onun da kitablarınıi götürüb vərəqləyirlər:

- Bu kitabı oxumuşam...

- «Gecəyarı sui-qəsd» povestlər kitabıdı...

- «Bayıl məhbusu» da maraqlıdı...

- «İstintaq sirri» hekayələr kitabıdı...

- «Xəyanət qorxusu» da...

Elə onların yanındaca kitabxanaçı qızlara deyir:

- Görürsüz də, kitablar oxunur.

Onlar şad halda dillənirlər:

- Xoş gəlmisiz, müəllim...

- Sizin kitablar oxunur...

- Çoxunun oxunmaqdan üz qabığı da gedib...

Həqiqətən də əksər kitablar bu vəziyyətdə idi. Eləsi vardı ki, qopmuş vərəqləri tikilmiş, kleyləmişdilər. Hər kitabda yüzdən artıq oxucu qeydiyyatı vardı. Bu da indiki vaxtda böyük göstərici idi. Hətta şübhə içində dilləndi:

- Bəlkə elə özünüz... İş xatiri nə yazmısınız?

Qızlar o an dilləndilər:

- Yox, ay müəllim...

- Bəlkə də başqasının kitabı üçün olar...

- Sizin kitablara ehtiyac yoxdur... Oxucular özləri alıb oxuyurlar...

Bu tələbatı kitab mağazalarından satılan kitabların çoxluğundan da bilirdi. Ona görə də dedi:

- Belə olanda oxucularla görüşmək lazımdı da.

- Bəli...

- Təşəbbüs sizdən olsa daha yaxşıdı.

- Keçirərik... Telefon nömrənizi verin.

Belə telefon nömrəsini çox versə də, yenə verəsi oldu... Direktorun yanında olmaq, vəziyyəti ona demək istədi. Bir neçə dəfə görüş keçirəcəyinə söz vermişdi. İndi yerində yox idi. Onu müavini qarşıladı. Bu mehriban insanla xeyli söhbət etdi. Hətta giley-güzarını da bildirdi. Dedi:

- Müəllim, bu nə sözdür... Görüş demirsiz... Keçirərik də...

- Direktor da çox söz verib, hələ bir nəticəsi yoxdur.

- Bunu mən bilmirəm.

Doğrusu Mədəniyyət nazirliyinin yerlərdə region idarə və şöbələri yaranandı elə sevindi ki. Dedi ki, daha hər şey həll olunub. Operativlik olacaq. Ancaq heç də belə olana oxşamadı.

Xaçmazı, başqa rayonları bilmir, yerlərdə olanda az-çox bu münasibət çıxır ortalığa. Deyirlər ki, görüş keçirmək üçün hökmən İcra hakimiyyətindən icazə alınmalıdı.  Şirvan şəhərində, Şamaxı rayonunda belə hallarla qarşılaşıb.

Xaçmaz ona az-çox doğma məkandı. Siyəzən rayon  dövlət notariusu təyin olunanda bir aylıq orada təcrübə keçirməyə gəlmişdi. O vaxtlar Xaçmaz rayon dövlət notariat kontorunun notariusu işləyən Mirzə müəllimin yanına. Bu gözəl insan o vaxt çox qayğısını çəkdi, ona köməklik göstərdi. Yaxşı kişilərin biri idi. Əvvəllər prokurorluq sistemində işləmişdi, əslən Hacıqabuldan idi.

Xaçmazda olanda onda burada Gömrük idarəsinin rəisi işləyən Həsən Məcidovun yanına getdi. Elə görüşmək üçün. Şəxsən tanıyırdı. Rayonda, o, Rayon İcraiyyə Komitəsinin təşkilat şöbə müdiri işləyəndə, o da təzə yaradılmış ticarət təşkilatına rəhbərlik edirdi. Qonşu otaqlarda əyləşirdilər.

Vaxtı ilə atasının dəmir yolunda işləməsi, özünün orada anadan olması uğurlu inkişafına təkan vermişdi. Onu görcək səsmimiyyətlə görüşüb-öpüşdülər. Katibəsini səslədi:

- Ləzgi qızı, tez bizə pürrəngi çay... Tanış ol böyük yazıçımız Əlisəfa Azayevdir...

Qız heyrət hissi ilə ona baxanda dedi:

- Bəyəm onun «Gecəyarı sui-qəsd» povestlər kitabını oxumamısan. 30.000 tirajla çap olunmuşdu. Özünə də on min manatadək qonarar verildi. Onda ən bahalı maşın «QAZ-24» idi. O da doqquz mindən bir qədər artıq.

Sonra da Həsən müəllim işçisini çağırıb dedi:

- Əlisəfa müəllimi «Nur» restoranına aparıb tapşır. Bir ay burada bizim hesabımıza yeyib-içəcək.

Etiraz etsə də, xeyri olmadı. Ancaq bir həftədən artıq ora gedə bilmədi. Pul almırdılar ondan. Əlacsız qalıb, təcrübə müddətini qısaldası oldu.

Bir gün də Yaqub «QAZ-31» maşını ilə gəlib onu Nabran sahillərinə apardı. Sürücünün deməsinə görə Həsən müəllim tapşırıb ki, onu bu yerlərlə tanış eləsin, axşam da təyinatı münasibəti ilə təşkil etdirdiyi ziyafətə gətirsin.

Həmin ziyafət verilən yer Quba ərazisinə oxşayırdı. Hava qaraldığı üçün məkanı dəqiq bilmədi. Restoranın içinə girənedə ağacdan asılmış iri bir tülkü müqəvvası diqqətini cəlb etdi. İçəridə otuzdan artıq adam vardı. Böyük bir stolun arxasında əyləşmişdilər. Həsən müəllim onu salamlayıb, qonaqlara təqdim edərək, sağlıq dedi:

- Gənc ədliyyə işçisinin Siyəzənə dövlət notariusu təyin olunması, xeyirxah insanların şərəfinə!..

Bir gün də Xaçmazda səhər tezdən notariat kontoruna gedəndə bir adamın ayaq saxlayıb heyrətlə ona baxdığını gördü. Soruşdu:

- Ə, Əlisəfa deyilsən?..

- Bəli...

- Məni tanımadın, Qiyasam da...

- Hə... İndi tanıdım... -Beləcə iyirmi beş il əvvəl ayrıldığı, bir vaxtlar Şamaxı Pedoqoji məktəbində birlikdə oxuduğu Qiyas müəllim ilə qucaqlaşdı, görüşüb-öpüşdülər... Hər ikisi bu təsadüfü görüşdən şad idi. Bir dəfə onun məktubunu almışdı. Həmin məktubun məzmunu belə idi: «Kitabxanada sanki səninlə görüşdüm... "Yeddi il sonra” kitabın qarşımdadır... Maraqla oxudum... Təbrik edirəm... Mən də uşaqlar üçün şeirlər yazıram. Dövrü mətbuatda çap olunur...»

O gün onu evlərinə apardı. Həyat yoldaşını tanıyırdı. Bizimlə qonşu qrupda oxuyurdu. Evləri Xaçmaz rayon prokurorluğu yerləşən küçədə, üzöəüz idi. Mehriaban uşaqları vardı. Sonradan oğlunun toyunda iştirak etdilər. O da xoş günlərində gəldi.

İndi hər dəfə Xaçmaza, bu gözəl məkana yolu düşəndə, ilk dəfə Qiyası soruşur. Biri şəhərdə, biri Niyazabadda olduğunu deyir. Təki sağlam, xoşbəxt olsunlar. O gün olsun ki, onun da büstünü tanınmış bir şair kimi Şəxsiyyətlər Muzeyində görək...

 

 

 


6354 oxunub

InvestAZ