XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



BƏKƏ- yazdı Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 16:34 / 22.08.2021
Bəlkə hədiyyədi bu ömür. bu gün
Bəlkə sınanmağın son çözümüdü...
Bir ağrı içimdə düşübdü düyün -
Əriyən, tükənən can dözümüdü...
Allaha asilik fikri başımda
Fırlanır, durmadan üyüdür anı...
Heç nə qalmayıbdı səbir daşımda -
Deyim ki, hələlik keyidir canı...
Nə ahın, nə balış isladan yaşın
İynə ucu boyda təsəllisi yox...
Sonun axtarıram içdə savaşın -
Axtaran olubmu bunu məndən çox...
Düşən yarpağa da indi həsədlə
Baxıram . o bəlkə önünə çıxa...
Görüb . canı çəkən dəli həvəslə -
Götürüb səssizcə köksünə sıxa...

7051 oxunub

InvestAZ