XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Bakıda polis əməliyyat keçirdi: 4 nəfər saxlanıldı -VİDEO
KRİMİNAL 16:00 / 20.08.2021

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən   Yenisəs. az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər tutulub.

Belə ki, əməliyyat zamanı paytaxt sakinləri Camal Mahmudov, Hikmət Zeynalov, Kənan Qasımov və Vüqar Qurbanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər. Aşkar olunan narkotik vasitələrin hazır bükümlər formasında olması həmin maddələrin satış məqsədi ilə qablaşdırıldığını deməyə əsas verir.

Faktlarla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

 


7156 oxunub

InvestAZ