XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022
11 Yanvar 2022



Zaxarovadan Qarabağla bağlı açıqlama
DÜNYA 21:15 / 19.08.2021

Uzunmüddətli həll yolu Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlara başlamaqdır.

Yenisəs.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

Rusiya XİN rəsmisi bildirib:

"Biz əvvəlki kimi hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq".

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin birgə həmsədrliyi altında üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpasına toxunan M.Zaxarova qeyd edib ki, tərəflər Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair yanaşmaların praktiki müzakirəsinə qayıtmağı bacardılar:

"Bizim fikrimizcə, bu, bölgənin əhəmiyyətli iqtisadi potensialının açılmasını asanlaşdırmaq məqsədi daşıyır".



2718 oxunub

InvestAZ