XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Hökumət izdihama cavab vermir
DÜNYA 21:10 / 19.08.2021

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binası ətrafına toplaşan hərbi əsirlərin və itkin düşmüş şəxslərin valideynləri övladlarının taleyi haqqında məlumat verilməsi, onların sağ-salamat olmaları və yaxud ölmələrinin dəqiqləşdirilməsi üçün təsirli addımlar atmağı tələb edirlər.

Yenisəs.az  bildirir ki,  Publika.az-ın  Ermənistan mətbuatına istinadla ,verdiyi  xəbərə  görə  44  günlük   müharibənin iştirakçılarından bir qrupunun valideynləri Xidmətin rəhbərliyi ilə görüş tələb ediblər. Onlar müvafiq strukturlara hərbçilərin cəsədlərini əks etdirən videolar təqdim etsələr də, bu müddət ərzində heç bir tədbirin görülməməsindən şikayətlənirlər. Valideynlər 11 ay ərzində müntəzəm olaraq bütün dövlət strukturları ilə əlaqə saxladıqlarını, Nikol Paşinyanın özü ilə görüşdüklərini, ancaq tutarlı nəsə eşitmədiklərini və heç kimin faktiki addım atmadığını söyləyirlər. Həmin valideynlərindən biri deyib: "Son məlumatlara görə, 244 nəfərin itkin düşdüyünü elan edirlər, lakin artıq heç kimə inanmırıq. Bu gün övladlarımızın taleyi ilə heç kimin maraqlanmadığının şahidi oluruq. Artıq səbrimiz tükəndi, çünki bütün strukturları ziyarət etdik, amma konkret heç nə yoxdur. Hər dəfə söz verəndə deyirlər: get, biz hər şeyi edəcəyik, amma 9 aydır ki, heç nə etmədiklərinin şahidi oluruq”.

İtkin düşmüş hərbçilərin valideynləri Nikol Paşinyanla son görüş barədə də danışıblar: "Sonuncu dəfə görüşəndə Baş nazir heyrətamiz bir açıqlama verdi. Dedi ki, bəlkə də uşaqlarımız Azərbaycanda əsirdir, amma geri qaytarılmasa nə etməliyəm?”.


2796 oxunub

InvestAZ