XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU «Cızma-qaralar»-dan yazdı
Ədəbiyyat 09:01 / 18.08.2021

Bugünlərdə «Respublika» qəzetində çalışan həmkarlarımdan biri mənə Azərbaycanın tanınmış aktyorlarından biri, xalq artisti, Şöhrət ordenli professor Ramiz Hacı Ağa oğlu Əzizbəylinin bir kitabını bağışladı. Və sözarası da bildirdi ki, kitab görkəmli aktyorumuzun ölümündən sonra işıq üzü görüb. Yəni, özünün hazırladığı, hətta ön söz yazdığı kitabın təkrar nəşri onun Tanrı dərgahına qovuşmasından sonra gerçəkləşib.

Açığını deyim ki, mən mərhum sənətkarımızın senariləri əsasında çəkilmiş filmləri, xüsusilə «Bəxt üzüyü»nü sevə-sevə izləmişəm. Yəni onun istedadlı bir qələm adamı olduğunu gözəl senarilərin müəllifi kimi tanıdığını unutmamışam. Və onu da yaxşı bilirəm ki, o, həm də aktyor kimi də filmlərimizdə, tamaşalarımızda öz izini qoyubdur. Elə onun son kitabında yazılmış bioqrafik məlumatlara da diqqət yetirəndə məlum olur ki, çoxşaxəli yaradıcılığa malik olan, çalışdığı hər bir sahədə uğur qazanan Ramiz Əzizbəyli yaratdığı obrazların həyati olmasına sərf etdiyi istedadının bir hissəsini də sözə, şeirə bağışlayıbdı. Ona görə də onun qələmindən çıxan senarilər, hekayələr, eləcə də şeirlər həmişə maraqla qarşılanıbdı.

«Elm və zəka» nəşriyyatında işıq üzü görmüş «Cızma-qara»ların çapında «Adəm» Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyi maliyyə yardımı göstərmiş və bu da nəfis bir kitabın oxucuların ünvanına çatmasında böyük rol oynamışdı. Elə bu xeyirxah işin nəticəsidir ki, mən kitabı gözdən keçirtdikcə, təkcə bir oxucu kimi zövq almadım. Həm də gözəl aktyorumuzun yaratdığı obrazları, lentə köçürtdüyü filmlərin də bir növü tamaşaçısına çevrildim və nə qədər kədərli olsa onun «Ön söz əvəzi»ndə vurğuladığı məqam bir daha kitabı əlinə alan hər kəsi Ramiz Əzizbəyli günlərinə qaytarır. Çünki o yazıb: «Sizlərə təqdim olunan bu «cızma-qaralar» da mənim müşahidələrimin, arzu və istəklərimin, hiss və həyəcanımın kağız üzərindəki əbədiləşmiş təzahürüdür...

Oxuyun məni...»

Zənnimcə kiçik bir parçasını təqdim etdiyim müəllif sözünün bu hissəsində dünyanın bir çox sirlərinə, hətta altına, üstünə bələd olan bir sənətkarın tövsiyəsi ilə yanaşı, təəssüfü də, əlvidası da, hətta bu gəlimli-gedimli dünyanın vəfasızlığı da ifadə olunubdur. Düşünürəm ki, bu kitabı oxuyan hər kəs bir nöqtədə mənimlə razılaşacaq. Həmin nöqtənin adı: Ramiz Əzizbəyli duyğularının kiçik bir toplumu!

Mən həmin nöqtəni stolumun üstündə olan kitabda hər gün gözdən keçirdirəm. Siz də onu oxumağa tələsin. Onda sizdə də bir çox nüanslara maraq yaranacaq


426 oxunub


2166 oxunub

InvestAZ