XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



DİLƏK - Əbülfət MƏDƏTOĞLU ("Bir qadına..." silsiləsindən
Ədəbiyyat 09:36 / 16.08.2021

Mən özümdən hara qədər qaçacam?
Dörd divardı,Allah və sən dinləyən...
Mən səhəri kimin üçün açacam?-
Yoxdu bunu səndən başqa bilməyən...
Çiyinlərim tab gətirmir ağrıya,
Ürəyimi götürən yox sarğıya...
İnanmazdım mənə belə qarğıya -
Və oturub dərdlərimi çinləyə...
Yazdıqlarım alınmır ki, tay ələ
Ümidimi sovurmuram mən hələ...
Haqq hökm edə, zaman keçə ... an gələ -
İkimizə ayrıca bir din gələ!

3107 oxunub

InvestAZ