XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Türkiyə ordusu şəhid verdi
DÜNYA 09:07 / 13.08.2021

İraqın şimalında PKK terror təşkilatının silahlıları tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

Bu barədə Yenisəs.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbçi "Pençe-Şimşek” kontr-terror əməliyyatının keçirildiyi zonada ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin cavab atəşi ilə qruplaşmanın üç yaraqlısı zərərsizləşdirilib.

Türkiyə ordusunun regionda kontr-terror əməliyyatı davam edir.


1988 oxunub

InvestAZ