XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürüldü
MƏMLƏKƏT 15:28 / 12.08.2021

Avqustun 11-də Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

FHN-in verdiyi məlumata görə, yanğın zamanı 1,5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Alov nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Meşə zolağı yanğından mühafizə olunub.


10408 oxunub

InvestAZ