XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022
11 Yanvar 2022



"Bölgədə düşmənçilik və qarşıdurmanın daha da dərinləşməsi yolverilməzdir" - Nikol Paşinyan
DÜNYA 12:51 / 12.08.2021

"Bölgədə düşmənçilik və qarşıdurmanın daha da dərinləşməsi yolverilməzdir. Bu, təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdiddir”.

Yenisəs. az  xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökümətin iclasında deyib.

O bildirib ki, Ermənistan ərazi zəbt etmək və ya hər hansı digər təcavüzkar fəaliyyətlərə getmək niyyətində deyil. Ermənistan hesab edir ki, uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik və inkişaf üçün açar məqam qonşularla normal münasibətlərin qurulması və ya inkişafıdır. Qonşu ölkələrlə münasibətlərin tənzimlənməsi və ya inkişafı hökumətin xarici siyasətinin mühüm istiqaməti olacaq.


4636 oxunub

InvestAZ