XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



ƏLİSƏFA AZAYEV yazır: - GÖZƏLLİKLƏR MƏSKƏNİ
Ədəbiyyat 09:05 / 11.08.2021


        

Dağlar qoynunda uyuyan bu şəhər Şamaxı idi. Onun üçün əsil mənada gözəlliklər məskəni... Bir vaxtlar oradakı Pedoqoji məktəbə qəbul olub, tələbə kimi fəaliyyətə başlamışdı. Şamaxıya atası Soltanla ilk gəlişi bugünki kimi yadındadır...

Lazım olan pul məbləğinin hamısını atası düzəldə bilməmişdi. İlk əvvəl o vaxtkı ticarət birliyinin sədri, əslən kəndlərindən olan, atasına yaxın, qohum sayılan Seyfəddin dayının yanında oldular. Daha doğrusu atası... Geri qayıdanda onu şad, kefi kök gördü. Demişdi ki, qalıq məbləği evdən götürə bilər.

Bu məbləğ çox olmasa da, atasının işinə yarayırdı. Onu bir dillə Şamaxı Pedoqoji məktəbinə aparırdı. Ona etiraz edə bilmir, susurdu. Atası çox sərt adam idi. Onun gördüyü işə etiraz etmək olardımı? Hansısa bir müəllim onu bu işə həvəsə salmışdı. Rayonlarının Köhünlü kənd orta məktəbində işləyirdi. Əslən Şamaxının Şərədil kəndindən idi.

Həmin müəllim xeyirxah bir iş görsə də, ona qarşı qəzəbli idi. Bütün arzuları üstündən xətt çəkən, ona mane olan kimi olmuşdu. Axı o hüquqşünas olmaq, universitetdə oxumaq arzusunda idi. Niyə də vaxt itirsin. Az-çox hazırlaşmış, özünə inamlı idi.

Düzdür, onda o, yazıdan kəsilməsi səbəbindən payıza qalıb, birinci il uqniversitetə gedə bilməmişdi. Kolxozun su matorunda işləyə-işləyə kitablarla dostluq etmiş, yazı-pozu ilə məşğul olmuşdu. Allah şahiddir ki, onda sinifdə birinci o insanı yazıb otaqdan çıxmışdı. Gizli deyildi ki, o vaxtlar yazıda imla səhvlərinə çox yol verirdi. Orfoqrafik səhvlər buraxırdı. Bu səbəbdən də dil-ədəbiyyat müəllimləri Xəlil İbrahimov, o gözəl insan ona qeyri -kafi qiymət yazmışdı.

Atasının sürdüyü benzinavor maşınla Ağsu aşırımını qalxırdılar ki, birdən qarşıdan gələn «QAZ-541» maşınının idarəedilməsinin itirildiyinin canlı şahidi oldular... Yağışlı gün idi. Maşın sağa-sola çırpıla-çırpıla birdən üzüaşağı gedərək, dərin uçuruma, yarğana tərəf istiqamətləndi... İlahi, içindəki beş-altı nəfər adam necə də çığırışır, onların ələm dolu vahiməli səsləri ətrafı başına götürmüşdü!..

Sanki birdən «uçurumun düz kənarında maşın sanki yerində mıxlanan kimi olub qaldı. Maşının qabaq tərəfdən xeyli hissəsi uçurum üzərində havadan asılı vəziyyətdə qalmışdı... Bu nə möcüzə idi, İlahi?!. Onlar tez maşının arxa tərəfindən yerə tullanmağa başladılar. Demə, maşının raması arxadan nə vaxtdansa  kəsilmiş iri, qalın bir ağac kötüyünə ilişibmiş... Maşın yırğalandıqca yenə çığırışmağa başladılar:

- Yavaş düş!..

- Ehtiyatlı ol!..

- Silkələmə!..

Bu an kimsə dilləndi:

- Bəs arvad hanı?

Səslər eşidildi:

- Biz nə bilək!..

- Orada idi ki!..

- Bir baxın da!..

Onlara elə gəldi ki, qadını maşın xeyli kənara tullayıb. Ancaq demə heç də belə deyilmiş. O qədər həyəcanlı olublar ki, yaşlı qadının ehtiyat təkər altında qalmasından xəbərsiz olublar... Bir vaxtlar belə bir hadisənin olması barədə onlara  da söhbət etdilər. Şərədil tərəfdən gələn maşındakılar yolu müəyyən edə bilməyib, uçuruma doğru yuvarlanıblarmış. Deyilənə görə xeyli sonra, quşların uçuşu ilə onların yerini meşəbəyi müəyyən edib. Əlbəttə, hamısı ölmüş vəziyyətdə imiş.

O vaxtlar Şamaxı Pedoqoci məktəbi çox sayılıb-seçilən bir məktəb idi. Elə təlim-tərbiyə, təhsilin səviyyəsinə görə də... Şirvan zonasının əsil mənada universiteti sayılardı. Onun məzunları müəllimlik fəaliyyətində də başqalarından çox seçilər, fərqlənərdilər...

Sonralar Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu işləyən Güləhməd Şirazovla bir yerdə oxumuşdu. Hər ikisi hüquq sahəsini seçdilər. Təhsillərini bu istiqamətdə davam etdirdilər... Hər dəfə görüşəndə Şamaxı, məktəb illərini xatırlar, bu barədə xeyli söhbət edərdilər. Orada Əziz Kərimov kimi direktor vardı. Tarix elmlər namizədi idi bu boylu -buxunlu, yaraşıqlı kişi. Məsmə, Mədinə, baxış, Teymur, Nadir, Əli, Uğur kimi öz işlərinin adını təcrübəli, savadlı müəllimlər görmüşdülər - orada...

Bu insanlar öz işlərinə necə də məsuliyyətlə yanaşırdılar, İlahi! Teymur müləlim sanki canrlı ensklopediya idi. Əli müəllidən qiymət alan özünü dünyanın ən xoşbəxt insanı hesab edərdi. Bir gün sinifdəcə ona dedi: « Bir il gec olaydı, çıxıb instituta gedə bilməzdinmi? Bura sənin yerin deyil axı...» Bu, əlbəttə,  müəlliminin onun biliyinə, qabiliyyətinə verdiyi qiymət idi. Deyirdi: «Sən tezliklə məktəb direktoru olacaqsan!..»

Baxış müəllim də sinif qızlarının xahişi ilə bir gün onun «Ağ saçlı qız» hekayəsini dinləyib, müzakirə edəsi oldu. Onun hekayəsini beləcə qızlar yataqxanasına aparıb oxuyardılar. Onda Baxış müəllim hekayəni diləyə-dinləyə dərin fikrə getdi. Sinif tam sükut içində idi. Onu dinləyən sinif şagirdləri  qarşısında ona dedi: «Əlisəfa, deyəsən, səndən bir şey çıxacaq...» Bu sözləri ədəbi fəaliyyətinə verilən ilk qiymət, onu yaradıcılığa ruhlandıran ilk sözlər hesab edir.

Uğur müəllim! İlahi, o necə də mahir bir rəssam idi. Rəsm müəllimi yox, əsil sənət adamı idi. Onun çəkdiyi şəkillərə necə də heyranlıqla baxardılar. Üzüm salxımının, gilələrinin şəklini elə ustalıqla çəkərdi ki, bəzən yanılan, onu əsil üzüm hesab edib, ağzına qoymaq istərdin.

Şamaxı həmişə az-çox öncül olub da... El əhər sahədə... Şamaxıda oxuyanda şəhərin hörmətli adamlarından biri olan Əli kişinin evində  qalırdılar. Dayısı oğlu Ağammədlə. O, Kənd təsərrüfatı texnikomunda oxuyurdu. Aqranom olacaqdı.

Əli kişinin özünə görə seçilən yaraşıqlı, daş evi Cuhudlar məhəlləsində yerləşirdi. Əlinə hərdən vedrə alıb su gətirərdi. Nə xoşbəxt günlər idi o günlər. Evin xanımı Bahar xala oolduqca istiqanlı, qayğıkeş bir xanım idi. Xətrini çox istərdilər. Yeni il axşamı, Novruz bayramı evlərinə gedə bilməmişdi. Onu məcburi, təhkidlə yanlarına gətirmiş, ləziz bayram yeməklərinə qonaq etmişdilər.

Böyük oğlanları Ağakərim dizinin oynaq hissəsindən zədə apldığı üçün, qıçı əməliyyat olunmuş, qatlanmırdı. Bu səbəbdən də yeriyəndə axsayırdı. Ailə buna görə ağır, sıxıntılı günlər yaşamışdı. Çox istiqanlı, şirin bir oğlan idi. Həmişə onunla xoş münasibətdə olardı.

Əli kişi maliyyə şöbəsində, yada sobesdə işləyirdi. tanışlıqla onların evində yerləşmişdilər. Dayısı Məhəmməd müəllim o vaxt Kürdəmir rayonundakı Köhünlü kənd səkkizillik məktəbinin direktoru idi. şamaxıdan da orada müəllimlər işləyirdi. Onun özünnü məktəbə qəbul olunmasına  Şərədildən olan müəllim kömək etməsəydi, yatanda da yuxusuna girməzdi ki, orada oxumağa gedəcək. Atasının iradəsinə zidd gedə bilmədi. Kişinin xeyli xərci çıxmışdı.

Onun himayəsi əsil mənada Məsmə müəllimə idi. O vatlar orada dərs hissə müdiri idi. Xətrini çox istəiyrdi. Onlarda olmuşdu. Həyətlərini belləməkdə onlara yardımçı olmuşdu. Həyat yoldaşı aptekdə işləyirdi.

Onun üzə çıxmasında isə sözsüz ki, direktor Əziz Kərimovun xüsusi xidmətləri vardı. Belə ki, böyük zalda, üç yüzə yaxın tələbənin sorğu-sual edib, onların səviyyəsini bilmək istəyəndə, ardıcıl üç suala onun cavab verməsi, direktoru təsirləndirəe kimi oldu, dilləndi:

- Yenə sən?!.

- ...

- Yaxşı cavab ver...

Suala cavab verəndən sonra isə soruşdu:

- Sən hansı rayondan gəlmisən?

- Kürdəmir rayonundan...

- Hansı orta məktəbi qurtarmısan?

- Mollakənd kənd orta məktəbini... Tarix müəllimim də İbrahimxəlil Hüseynov olub...

Direktor soruşmasa da, beləcə müəlliminin adını deməyi özünə borc bildi. Razı halda səsləndi:

- Çox sağ ol... Əyləş.ö..

O gündən sonra sanki əsil mənada Pedməktəbin ulduzuna çevrildi. Məktəb tədbirlərinin aparıcısı o oldu. Tarix dərnəyinin əsil mənada təşkilatçısı, radio-uzeldə tarixi günlər haqqında məlumat verən... Bir sözlə məktəbdə fəallığı  ilə başqalarından çox seçilirdi.

O vaxtlar məktəbdə keçirilən idman yarışlarında da fərqlənirdi. Xüsusilə ağırlıq qaldırma yarışlarında. Əsil mənada olduqca sağlam, gümrah olar, gücünü, qüvvəsini bilməzdi. Hara gəldi sərf edərdi. Tənəffüz, fasilə vaxtı qrup yoldaşları onu çəkib ağır daşların  yanına aparırdılar. Bunlar təzə korpusun həyətində, tələbələrin diqqət mərkəzində olardı. Qızlı-oğlanlı hamı ora baxar, tamaşa edərdilər. Pedməktəb üzrə ən ağır çəkini ağır çəki daşlarını, ştankları o qaldırardı...

O vaxtlar mütaliyəyə ciddi həvəs göstərərdi. Yadında idi, məşhur ingilis yazıçısı, gözəl detektiv ustası Konan Doylun «Baskervillərin iti» povestini səhərə kimi necə həvəslə oxuyub qurtarmışdı. Artıq səhər açılırdı. Yatmamışdı... Məktəbə necə gedəcəyini bilmirdi. Yuxusuz, yorğun idi. Dərslərinə də bu səbəbdən yaxşı hazırlaşmamışdı.

Əli kişinin böyük qızının yaxşı səsi vardı. Hərdən, xüsusilə səhərlər həyəti süpürə-süpürə həzin-həzin oxuyardı. Onuncu sinifdə oxuyan bu gözəl-göyçək qız bir dəfə qeydiyyata düşmək üçün ev dəftərini ona verdi. Sinifdə maraqlanıb baxanda, içində gözəl bir qız şəkli gördü. Eynən ona oxşayırdı. Dərhal qovluğunun ağzını bağladı ki, görən olmasın. Milis şöbəsində, pasportstolda da olanda həmin şəkili gördü. Sanki bir qiymətli əmanət idi, itirəcəyindən, yad əllərə düşəcəyindən qorxur, ehtiyatlanırdı. Necə vermişdilərsə, eləcə də geri qaytardı. Onun istədiyi qız, istəklisi vardı axı. Öz rayonlarından, kəndlərindən idi. Rayon mərkəzində yaşayırdılar. Sonradan nişanlanıb, ailə qurdular.

Əli kişinin ortancıl qızı Sona çox ağır, təmkinli qız idi. Yeddinci sinifdə oxuyurdu. Xədicə ondapn hələ balaca idi. Oğlanları Yaşar, o birinin adını unudub, bağışlasın... Çox tərbiyəli, gözəl uşaqlar idilər. Bir dəfə Şamaxıda olanda, uzun illərdən sonra «QAZ-31» maşını həmin məhəlləyə sürdürdü. Ailəlikcə bir yerdə idilər. Bir vaxtlar oxuduğu məktəbi, qaldığı evi göstərmək istəyirdi. Onları Bahar xala qarşıladı. Uşaqları evdə yox idi.

Bu görüş zamanı onu xüsusilə təsirləndirən o oldu ki, Bahar xala xeyli yaşlaşmışdı. Yaddaşı pozulan kimi idi, onu tanımadı. Ancaq yenə də həmmin səmimiyyətlə, qonaqpərvərlikdə idi. Onlar üçün tez-tələsik süfrə açıb, dadlı dolmaya  qonaq elədi. Haqqı, o dolmadan yesə də, hədsiz qəhər onu boğurdu. Vaxtında iş-güc imkan verməmiş, onlara gələ, yoxlaya, baş çəkə bilməmişdi. Əli kişi artıq dünyasını dəyişmiş, uşaqlar böyümüş, xeyir işləri olmuşdu. Hamısı ailə sahibi idi.

Növbəti səfərlərin birində bir vaxtlar oxuduğu, indi Humanitar kollec olan məktəbə getmişdi ki, müəllimlər dəstəsi ilə qarşılaşdı. Məsmə müəllimə, Mədinə müəllimə də onların arasında idilərö

- Məni tanımadınızmı?.. Bir vaxtlar sizin tələbəniz olmuşam... - sualına, sözlərinə:

- Bəli, tanıdıq...- dedilər.

- Tələbəmiz olmusunuz... - desələr də, çox da dərinə getmədi. Bəlkə də onu heç tanımamışdılar. Əsas o idi ki, o, onları görüb, xeyli şad, sevincək olmuşdu. Onları maşına əyləşdirib, evlərinə aparası oldu. Razılıq edirdilər... Bir vaxtlar Məsmə müəllimə ona arxa, dayaq olmuş, Mədinə müəllimə həmişə sinifdə onu fərqləndirərdi. bir də görürdün dedi:

- Əlisəfa, get bizə, gör uşaqlar yuxudan durmayıb ki...

Evləri çox yaxında idi. Həyat yoldaşı milis rəisinin müavini işləyirdi. Bir dəfə də beləcə onlara gedəndə içəridə gözəl-göyçək bir qız gördü. Bir-birlərinə oğrun-oğrun baxa -baxa qaldılar. Heç biri dinib-danışmırdı. Lal sükut hər şeyə hakim idi. Bəyəm Mədinə müəllimə onları tanış etmək istəyirdi? Qız tələbəyə oxşayırdı. Uşaqları soruşdu, qız sakit halda dedi:

- Hələ yatıblar...

- Elə isə mən getdim.

- Sizi burada tutub saxlayan var?..

Onun heyranlarının içində prokurorun müavininin qızı da vardı. Bir qrupda oxuyurdular. Hətta venetkada şəklinin yerini dəyişdirərək, birinci öz şəkilini qoydurmuşdu. Bunu ona fotoqraf özü dedi, gileyləndi. Onunla bacara bilmədiyini bildirdi. Zəminə belə prinsipial qız idi. Həmyerlisi Əzətlə gəzib-dolanar, rəfiqəlik edərdi.

Bəli, həqiqi mənada Şamaxı onun üçün gözəlliklər diyarı, məskənidir. Pedməktəbdə oxuduğu illərdə «Yeni Şirvan» qəzeti nəzdindəki «Gənc Sabirçilər» ədəbi məclisinə getdiyi günləri, anları necə unuda bilər. Yaşlı, gözləri tutulmuş qoca  bir kişini qız nəvəsi əlindən tutmuş halda həmin məclisə gətirərdi. Orada şeir və hekayələrini oxuyar, müzakirələr aparardılar. Gənc şair Tahir Faisoğlunun ilk şeirlər kitabı onda çap olunmuşdu. Ona necə də qibtə hissi, heyranlıqla baxırdılar.

İllər keçdi... Şair Tahir Faisoğlu ilə bir yerdə olub, o illəri yada saldıq, xatırladıq. Həqiqi mənada o illər Şamaxının yüksəliş illəri idi. O yaşıl üzüm bağları ona necə də tanış idi. Dəstə ilə üzüm yığmağa gedərdilər. Sumkalarında da üç nemət hökmən olmalı idi: çörək, pendir, soğan... Üzümü bunlarla yemək ləzzət verirdi. Bolluca üzüm yesələr də, gətirməyə imkan verməzdilər. Elə fəndkirlər vardı ki, şüşə balonları üzüm şirəsi ilə doldurub basdırırdı ki, sonra apara bilsin. Belələri əsasən yerli adamlar olardı.

Məktəbi qurtaranda onda fərqlənmə diplomu olması məsələsi çıxdı ortalığa. Ancaq iki yüz manat təmənnada oldular. Dayısı Məhəmməd müəllim dedi ki, bala, sənə belə diplom lazım deyil. O vaxtdan da həyat onun üçün bu yöndə inkişaf etdi, belə işlədi, fəaliyyətdə oldu.

Universitetin hüquq fakultəsinə qəbul olanda, «Sçadət insanın öz əlindədir» sərbəst inşa yazasını yazıb, 4/5 qiymətini aldığını biləndə, qocaman müəllim necə heyran-heyran ona baxaraq gülümsər halda dedi: «Çox sağ ol, oğul... 90 nəfərin içində yeganə onu yazan sən oomusan...» Demə, həmin inşanı kim yazdığını bilmək üçün şifahi imtahan vaxtı  hamıdan bir-bir soruşurmuş...

Hərbi xidmətdən qayıdandan sonra «Xatirə» hekayəsi əsgər şəkli, yazıçı Əlfi Qasımovun uğurlu yol arzuları ilə «Azərbaycan gəncləri» qəzetində dərc olundu. Dedilər ki, həmin nömrəli qəzeti məktəbin dəhlizindən asıblar. Uzun müddət orada saxlanılıb. Axı həmin yazıda onun Şamazxı Pedoqoji məktəbin məzunu olduğu göstərilmişdi.

«Çürümüş pullar» söhbəti, həbslər, uzun çəkən istintaq... O ağır günlərdən sonra Şamvxı sıxıntılı günlərini yaşadı. Məhkum olunanlaprdan biri də televiziyanın işçisi Çingiz Ələkbərzadə oldu... Həbsxana illərindən bəhs edən «Zindan» romanı yazıldı. Yazıçı Əbülhəsənin oğlunun beləcə qalmaqallara düşməsi onu necə də ağrıtdı... Gözəl insan idi. Dəfələrlə msöhbətləri olmuşdu.

Bir gün otuz bədii kitabın müəllifi kimi o illəri, yerləri xatırladı. Zəhmətini çəkmişdilər axı... Heç olmasa bir vaxtlar oxuduğu Şamaxı Pedoqoji məktəbin əsil varisi olan Şamaxı Humanitar Kollecdə görüş keçirmək istədi. Hətta büu  məqsədlə həmin məktəbdə oldu. Direktorları dedi:

- Müllim biz razı, ancaq İcra hakimiyyətinə bildirilsə, oradanrazılıq alınsa da yaxşı olar.

Belə də etdi. Ancaq İcra hakimiyyətində gərginlik idi. Qəbula düşə bilmədi. Köhnə başçı gedir, təzə başçının təqdimat mərasimi idi. Əlacsız qalıb humanitar sahəyə baxan  müavinin adına bu barədə bir ərizə yazdı. Hələ də cavab yoxdur. Hətta onda telefonu da göstərmişdi: 050-501-86-46.

Belə görüşlərin xeyrindən başqa, nə kimi ziyanı ola bilər axı?!. Ola bilsin ki, o onlara universitet, aspirantura həüatından  söhbət açacaq, elmi rəhbərinini professor Murtuz Ələsgərov olduğunu deyəcək, «Ədliyyə gəmisini» Ədliyyə Döş nişanı ilə tərk etdiyini bildirəcəkdti... Bütün bunlar da bugünkü gənclik üçün lazımlıdı!.. Yaxşı deyirlər ki, açıq söhbət, gizli qalan mətləblərdən təhlükəsiz, fəsadsızdır...

                                                                 

 

 

 

 

 

 

 


2776 oxunub

InvestAZ