XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - «Vaqif poeziya günləri» nə vaxt keçiriləcək?
Ədəbiyyat 12:28 / 09.08.2021


 

 

Məlum olduğu kimi Şuşanın işğalından sonra Qarabağda keçirilən bütün mədəni-kütləvi tədbirlər də bir növ qaçqın taleyi yaşamağa məcbur oldu. Həmin tədbirlər sırasında «Vaqif poeziya günləri» xüsusi önəm kəsb edirdi. Azərbaycanın müxtəlif guşələrindən, eləcə də dost, qardaş ölkələrdən şair və yazıçılar iyul ayında Şuşaya üz tutur və burda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi önündə bir-birindən gözəl şeirlər səsləndirirdilər.

Şuşa işğaldan azad edildikdən sonra ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Şuşada keçirilən və zamanında böyük diqqət çəkən mədəni-kütləvi tədbirlərə yenidən start verildi. İlk öncə Şuşada «Xarı Bülbül» festivalı keçirildi. Həmin fevtivalda bəyan edildi ki, Şuşada növbəti möhtəşəm tədbir «Vaqif poeziya günləri» olacaqdır. Bununla bağlı görülən işlərdən xəbər tutmaq üçün Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidlə əlaqə saxladıq:

- Rəşad müəllim,  «Vaqif poeziya günləri» ilə bağlı görülən işlər indi hansı vəziyyətdədi?

- Bildirmək istəyirəm ki, həmin tədbirin hazırlanması bilavasitə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Biz onlara yardım edərək bizə tapşırılan məsələlərin həlli ilə məşğuluq. Öncə bizdən həmin Günlərdə iştirak etmək üçün 40 nəfərin ad və soyadını istədilər. Biz həmin şair və yazıçıların ad və soyadlarını fonda təqdim etdik. Sonra bu siyahının 100 nəfərdən ibarət olmasını tərtib etdilər və biz də əlavə adları onlara çatdırdıq. O ki qaldı, bütövlükdə tədbirin keçirilməsinə, bu cənab prezidentin tapşırığı olduğu üçün daha ciddi və məsuliyyətlə bu işlə Heydər Əliyev Fondu məşğul  olur. Biz də onların arzu etdikləri məqamda yardımımızı göstəririk. Düşünürəm ki, bu ayın 22-dən sonra «Vaqif poeziya günləri» Şuşada keçiriləcəkdir. Yəqin ki, həmin günlərdə qısa zaman kəsiyi qalan ərəfədə Şuşaya səfər edəcək şəxslərin Covid-19 testindən keçməsi üçün ünvanlarına bilgilər göndəriləcək. Həmin bilgilərdən də biz hamımız tədbirdə kimlərin iştirak edəcəyini artıq biləcəyik. Burada onu da qeyd edim ki, öncəki zamanlardan fərqli olaraq işğaldan sonra keçirilən bu tədbirdə yalnız Azərbaycanın şair və yazıçıları iştirak edəcəkdir.


2764 oxunub

InvestAZ