XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Ermənilər Qandini Tiflisdə də “rahat qoymur”
SİYASƏT 14:39 / 06.08.2021

Hindistanın məşhur siyasi və milli lideri Mahatma Qandinin Tiflisdəki heykəli təhqir olunub. Bu barədə şəhərin meri Kala Kaladze xüsusi açıqlamayla çıxış edib. Kaladze deyib ki, naməlum şəxslər M. Qandinin bu yaxınlarda  Tiflisdə qoyulmuş heykəlinə ziyan vurub, onun eynəyini qopardıb aparıblar. Xatırladaq ki, Qandinin Tiflisdəki heykəli cəmi bir ay bundan əvvəl qoyulmuş, təntənəli açılış mərasimində Hindistanın xarici işlər naziri və onun gürcü həmkarı da iştirak etmişdi.

Hələlik cinayətkar tapılmasa da bunun kimin,  daha doğrusu, şəhərdə yaşayan hansı millətin nümayəndələrinin əməli olduğunu təxmin eləmək çətin deyil. Hələ bir neçə ay əvvəl M. Qandinin Yerevandakı heykəli də təhqir olunmuşdu. Özü də bir neçə dəfə. Əvvəlcə yumarta atəşinə tutulmuş,  bir müddətdən sonrasa onu yandırmışdılar.

Maraqlı burasıdı ki, hazırda Ermənistanla Hindistan arasında münasibətlər yüksək səviyyədədi. Ermənilər Kəşmir məsələsində Hindistanın, Hindistan da Qarabağ münaqişəsində rəsmi Yerevanın tərəfini tutur. Ancaq bütün bunlara baxmayaraq ermənilər Hindistanın azadlıq simvoluna çevrilmiş bu böyük tarixi şəxsiyyəti nəinki sevmir, hətta ona nifrət eləyirlər. Səbəb isə onun vaxtilə Atatürklə yaxşı münasibətdə olması və uydurma erməni genosidini tanımamasıdı.

Yerevandakı biabırçılıqdan sonra Hindistan hökuməti sərt bəyanatla çıxış etmiş, cinayətkarların dərhal cəzalandırılmasını tələb etmişdi. Bundan sonra heç kim tutulmasa da, hökumət abidəni ciddi mühafizə eləməyə məcbur olmuşdu. Görünür, cinayətkar erməni çetesi indi də Tiflisdə açılan heykəli hədəf seçib.

(Adalet.az) 


2226 oxunub

InvestAZ