XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - SONUN CİZGİLƏRİ ... (Saralmış dəftərdən)
YAZARLAR 08:18 / 06.08.2021

Görmədiyim yuxunu
Yozmağa cəhd edirəm...
İlahi. dərgahına -
Şəhid kimi gedirəm...
Soyuq baxış, soyuq söz
Həm atəşdi, həm də köz...
Məni dörd tərəfə çöz -
Bax . gör hara yetirəm...
Yuvadı qəmə sinəm
Varmı haqqım mən dinəm!?.
Sənə dünənki günəm -
Dünənin tək ötürəm...
...Güllələnmiş heykələm
Qoymur ona söykənəm...
Dizdə yoxdu hey gələm -
Bağışla , mən bitirəm...

2969 oxunub

InvestAZ