XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
SİYASƏT 12:25 / 05.08.2021

Parlamentin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İranın yeni seçilən prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Yenisəs.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev və diplomatlar daxildir. Azərbaycan heyətini Tehranda İran parlamentinin rəsmiləri qarşılayıblar.

İranın yeni prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi 17:00-da İran parlamentində başlayacaq. Mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılacaq.


2433 oxunub

InvestAZ