Əl çalıram ruhumun
Vüsalına içimdə...
Kövrəlirəm yuxumun -
Bu halına içimdə!
Qatarlanmış durnadı
Dayanmadı, durmadı...
Yuvasını qurmadı -
Xəyalıma içimdə!
Ah karvanı düzəndə
Odu pozan, düzən də!
Öldürdü , əl üzəndə -
Sualımı içimdə...
Keçib neçə günahdan
Minbər tikdim mən ahdan...
Tay sevəcəm, Allahdan -
Dualımı içimdə!
24753 oxunub