XƏBƏR LENTİ
19 Sentyabr 2021
18 Sentyabr 2021



Aqil ABBAS: SƏRHƏD NAMUSDUR
YAZARLAR 13:14 / 04.08.2021

Sərhəd  hər bir dövlətin  namusudur. Hər bir insan, hər bir ailə  başçısı namusunu özü qorumalı olduğu kimi, hər bir dövlət də namusu  olan  sərhədini təbii ki, özü qorumalıdır.

Bildiyimiz kimi,  Ermənistanın  dövlət sərhədini Rusiyanın Silahlı Qüvvələri, belə demək mümkünsə, Rusiyanın  sərhəd qoşunları qoruyur.

Yəni Ermənistan namusunu  özü qoruya bilmədiyinə görə Rusiyaya  etibar edib. İran-Ermənistan  sərhədində, eləcə də  Ermənistan-Türkiyə  sərhədində  özüm bunun  dəfələrlə  şahidi  olmuşam.

İndi Azərbaycanla Ermənistanın  sərhəd  xətləri müəyyənləşir və orda da Rusiyanın  sərhəd qoşunları yerləşdirilir. Baxıram ki, bu bizim xalqda bir az narahatlıq yaradıb.

Dostlar, bundan  narahat olmağa dəyməz. Ermənistan  öz namusunu  qorumaq  iqtidarında deyil, ona görə də sərhədlərini  qorumağı  Rusiyaya  həvalə edib. Ona görə də sərhədlər tam dəqiqləşəndən sonra təbii ki, Ermənistanın  digər sərhədləri kimi  Azərbaycanla da  sərhədində  ruslar  dayanacaq.

Namussuz dövlətdən bundan artıq nə gözləmək olar?


2586 oxunub

InvestAZ