XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MIDƏTOĞLU :- MƏNİ İNCİTMƏYƏ... ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 09:40 / 04.08.2021

Məni incitməyə nə var ki, axı
Bir az soyuq danış, bir az soyuq bax...
Yaxana bilmədən , guya xəbərsiz -
Xoşuma gəlməyən o sancağı tax!..
Məni incitməyə nə var ki, axı
Saçına uzanan əlimə "dur!"-de...
Açılmaq anında dilimin bağı -
"Sus!"-u ürəyimdən güllə tək vur- de!
Məni incitməyə nə var ki ,axı
Hələ də yazırsan? - deməyin bəsdi...
Sanki ürəyimin ümidsiz çağı-
Yaramın üstündən bir yarpaq əsdi..
Məni incitməyə nə var ki,axı -
Bezmədin? - soruşmaq inanki yetər...
Sevgidən doymağı söyləmək, mənə -
Sonuncu cəzadı - ölümdən betər!
Məni incitməyə nə var ki , axı
Telefonu açırsan ...amma dinmirsən...
Dəstəyi asanda mən çəkən ahı -
Dondurub... "hələlik ..." - amma demirsən!

5629 oxunub

InvestAZ