XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Ceyhun Bayramov Əsəd Qeysərlə görüşdü
SİYASƏT 13:19 / 28.07.2021

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər ilə görüşüb.

Yenisəs.az xəbər verir ki, görüşdə Pakistan parlamentinin sədri Qarabağ zəfəri münasibətilə təbriklərini çatdırıb.

"Azərbaycanı dəstəkləmək bizim üçün qürurvericidir. İnanırıq ki, bizim əlaqələrimiz gələcəkdə daha möhkəm və sıx olacaq. Bakı Bəyannaməsi bizim bir çox sahədə münasibətlərimizin inkişafına yeni yol açdı. Bizim xüsusilə təhsil və enerji sahələrində yeniliklər edəcəyimizə inanıram. Azərbaycan hər zaman bizə doğma ölkə olub və bu, hər zaman belə olacaq”, - Ə.Qeysər bildirib.

C.Bayramov qeyd edib ki, Bəyannamənin imzalanmasından sonra əlaqələrimizdə yeni mərhələyə başlayır. Tamamilə əminik İslamabad və Bakı bəyannamələri əlaqələrimizi daha da möhkəmləndirəcək. Azərbaycan Pakistanın dəstəyini daim hiss edir və bu, qürurvericidir. Pakistan Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə mənəvi köməyini göstərdi.


2957 oxunub

InvestAZ