XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Əbülfət MƏDƏTOĞLU: -AÇIQ MƏKTUB ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 09:19 / 28.07.2021
Sən məni sevə bilməzsən
Sevsən günaha batarsan...
Yönün mən olan tərəfə -
Bir üzü üstə yatarsan...
Sən məni sevə bilməzsən -
Sevsən sinən göynəyəcək...
Gözlərin məni gəzəcək -
Səni yesir eyləyəcək...
Sən məni sevə bilməzsən -
Sevsən dəyişəcək adın..
Hamı Leyli çağıracaq -
Mənsə ...ancaq O - bir Qadın!
Sən məni sevə bilməzsən-
Sevsən gülməyəcək üzün ...
Mənim səhvlərim deyəcək -
Barəmdə nə varsa - düzün..
Sən məni sevə bilməzsən
Mən səlləmi gəzən dəvə...
Ürəyimin yarsı sənsən -
Yarsı Allah evi Kəbə!..
,..Mən Səni sevə bilərəm...
Ürəyim durana kimi...
Başım üstə gözü yaşlı -
Oxunan Qurana kimi...

24101 oxunub

InvestAZ