XƏBƏR LENTİ
19 Sentyabr 2021
18 Sentyabr 2021



Əbülfət MƏDƏTOĞLU yazır: HƏYATIMIN MƏNZƏRƏSİ ...
YAZARLAR 09:50 / 27.07.2021
("Bir qadına..." silsiləsindən)

Yenə kövrəlirəm, yenə doluram
Gözlərim divara, daş söykənir...
Mən elə durumda, təbdə oluram -
Bu hala divar da, daş da göynəyir..
Sıxılır ürəyim qəm caynağında
Kirpiklər şeh dərir, çisgin hürküdür..
Mənim hisslərimin eşq yaylağında -
Həsrət at oynadır - yaman bürküdür...
Elə bil nəfəsim tükənir daha
Dişimi dişimlə sıxıb əzirəm..
Allahdan şikayət edib Allaha -
Deyirəm, təklikdən , vallah bezirəm!..
Bu özü-özünə tamarzı qalmaq -
Nə üsyan, nə hikkə , nə əsəb deyil .
Elə sevgi verib, belə can almaq -
Allahım, sənə də heç əzab deyil!

3692 oxunub

InvestAZ