XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



“ƏDALƏT”DƏN İLAHİ ƏDALƏTƏ YOLÇU - Fəridə RƏHİMLİ yazır "Ədalət" qəzetinin ad günü ərəfəsində unuda bilmədiyim "Ədalət" çinin xatirəsinə
YAZARLAR 09:17 / 26.07.2021

Heç səhər-səhər gözləmədiyiniz halda sarsıdıcı bəd xəbər almısınızmı? Beyninizdə qanın dövr etdiyini yox, sanki nasosla vurulurmuş kimi şırıltısını hiss etmisinizmi həmin an? Telefon əlinizdən düşübmü, nə deyəcəyinizi, nə edəcəyinizi bilmədən içinizdəki hayqırtını boğmaqla içinizdə çapalamısınızmı?

Mən aldım o xəbəri... Bu çox ağırmış, çox dözülməzmiş... xəstəliyinin ağır olduğunu bilsəm də, bu itkiyə hazır deyildim.

Yazılarını ilk oxuduğum andan onu özümə ürək dostu bildim. Bütün yazılarında duyğu, sevgi dolu ürək, bəzən dünyadan küskünlük, vəfasızlıq, güvənsizlik, amma hardasa ülvi hisslərin də olduğunun doğruluğu ümidi, əksər vaxt anlamazlıq dərdindən çəkdikləri, savadsızlıq, avamlıq ucbatından arzularını içində boğmuş insanlara acıması, mövhumatçılığa, dini fanatizmə etirazı, həm də özünün bir az mühafizəkar xarakterindən doğan açıq sezilən çəkingənlik vardı. Geniş mütaliəsindən yaddaşına hopmuş qiymətli fikirlərə istinadən yazdıqları fəlsəfi düşüncələrinin məhsuluydu. Sadə, axıcı, oxucuların anladığı və həm də sevdiyi üslubda yazısını hər həftə sonu maraqla gözləyənlər çoxdu. Bu, yazıdakı Vəsilə xanımdı.

Həyatdakı Vəsilə xanımın dağdan ağır, heç bir dərdə bənzəməyən, çəkilməz bala dərdi vardı. Sevgidən, dönüklükdən, etibarsızlıqdan çəkdiyi vardı... Qız balasının həyatından narahatlığı, nəvələrin gələcəyi üçün nigarançılığı söhbətlərində ani keçsə də, yenə özünü ələ alar, müsbət aurasıyla söhbəti dəyişərdi. Həzin, asta-asta danışığı, insanın ruhunu sakitləşdirən səsi vardı. Bəzən telefon söhbətlərimizdən sonra onun mənə verdiyi moraldan, təsəllidən özümü o qədər xəfifləmiş, yüngülləşmiş hiss edərdim ki! Həm də məətəl qalardım ki, insanın özünün bu qədər dərd yükü varkən başqalarına bu cür ruh yüksəkliyi yaradan enerji ötürməsi asandımı?

Rayona gedəndə yolüstü dəy, görüşək – demişdi. Məni yazısında təsvir etdiyi Suqovuşana aparacaqdı... hər dəfə rayona gedəndə onun iş yerinin lap yaxınından ötsəm də görüşə bilmədik. Çünki rayona gedişim ya bazar, ya da bayram günlərinə düşərdi. O da həmin gün işdə olmazdı, evində də narahatlıq vermək istəməzdim.

Nəvəsini yoxlama üçün Bakıya klinikaya gətirəndə də, özü hər kəsdən gizlətdiyi ağır xəstəliyinin analizi üçün gətiriləndə də kimsəni narahat etmək istəmədiyindən israrla gəlməməyi xahiş etdi. Onu kimsənin bu vəziyyətdə görməsini istəmədi. Bilmirəm, eqoistlikmiydi onun bu düşüncələri, yoxsa o haqlı idi. İnsan dərd bölüşdüyü insanı niyə ən ağır anında görmək istəməsin?! Bəlkə ona görə ki, həyatı anlamaqda, insan psixologiyasını dərindən dərk etmək və qiymətləndirməkdə o, çoxlarından öndə idi... Amma o bazar günü onun istəyinin əksinə çıxaraq yanına – ata yurdu Kolanıya gedəcəkdim. Qızıyla da bu barədə söhbət etdim. Acı xəbərsə onun istəyindən yana oldu... xəyalımdakı gözəl, dəyərli Vəsilə Usubovanı düşkün vəziyyətdə görməyim və ömür boyu onun əzablarını xatırlamayım deyə...

İnsanı özü kimi anlayan, duyan birinin həyatdan köçməsi, bir tərəfinin kəsilməsi kimi olurmuş. Göynərtisini zaman-zaman hiss edəcəyimiz bir yara. O mübhəm ruhi bağlantı, "uzağın” yaxınlığı, yadın doğmalığı İlahinin izahedilməz möcüzələrindən biri idi. Bir dəfə də üzünü görmədiyin insana ürəklə rəfiqəm deyə bilmək rahatlığı da bu möcüzənin yaratdığı əminlik idi...

"Ədalət”in səhifələrində çox zaman "qonşu” olardıq. Onun yazılarının yanında öz yazılarımı çox zəif görərdim və bunu ona söylərdim. Hər həftə də olmasa bir neçə həftədən bir yazıların müzakirəsini edərdik. Sənin filan yazın... deyərkən mən: sizin yazınız hara, mənim yazım hara Vəsilə xanım, siz peşəkar jurnalistsiniz – deyəndə sözümü kəsərdi. Fəridəciyim (belə müraciət edərdi mənə!), əksinə sənin duyğuların mənə çox doğmadı, çox tanışdı, mən sənin yazılarını çox bəyənirəm – deyirdi. Yazılarından birini isə mənim "Çərşənbə torbası” yazımın ona etdiyi təsir altında yazdığını söyləmişdi və bundan çox məmnun olmuşdum.

İşimlə, dolanışığımla, şəxsi həyatımla da maraqlanardı. Söhbətimiz ərəfəsində mənimlə sevinər, mənimlə qəmlənərdi. Yeni bir işə düzəldiyimi eşidəndə, övlad toyu etdiyimi biləndə, sonra ilk nəvə sevincimi biləndə səsində elə bir sevinc duydum ki! İlahi, insan başqasının sevincinə necə bu qədər səmimiliklə şərik ola bilərmiş?!.

Mənə, fikir çəkmə,- deyirdin, güclü qadın, özünsə gücün çatmayan yükünü sürükləyirmişsən məzara sarı... Xərçəng keçmişdəki gizli inciklik, qəzəb, hirs, qisas almaq istəkləridir ki, bədəni "yeyirlər”. Bu təhtəlşüurdakı dərin, sağalmayan qəlb ağrılardır. Bu güclü, uzaqlara gedən, özünün özü ilə və ətraf dünya ilə olan sağalmayan yaradır.

İçimdə bir dost qəbiristanlığı var, Vəsilə xanım. Sən də o məzarlığın ən layiqli üzvüsən, canım Vəsilə xanım! Nə vaxtsa yanına gələcəyəm, amma o vaxta qədər sənin də qəbrini gəzdirmək ağırlığı olacaq içimdə. Sən rahatlandın. Bu dünyanın ikiüzlülüyündən, etibarsızlığından, vəfasızlığından, üzüdönüklüyündən, məddahlığından, yalanından, riyakarlığından... iyrəndin, haqq dünyadasan. "Ədalət”də öz əvəzolunmaz yerini boş, ədalətçilərin qəlblərində üzücü bir iz qoyub getsən də, əsl ilahi ədalətin olduğu məkana yerləşdin. Məkanın cənnət olsun, ədalətli qadın!

Səsin, həlim nitqin qulaqlarımda, böyük bacı kimi tövsiyyələrin ağlımda, qürurlu, əyilməz xarakterinin ifadəsi olan "soyuqluğun” gündəlik həyatımda təsirsiz qalmadı. Səni gerçəkdən çox sevdim, istedadlı jurnalist, nümunəvi qadın, dəyərli inslham Əliyev Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış oldu


6087 oxunub

InvestAZ