XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



ALTINDA - Əbülfət MƏDƏTOĞLU ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 09:25 / 18.07.2021


Hələ tamam sönməmişəm -
Közərirəm , kül altında...
Daşa, quma dönməmişəm -
Torpaq,bir də gil altında...
Hələ bir az hıçqırtıyam
İmkan da var puçurlayam...
Adını da pışıldayam -
Kiprikdə nəm - dil altında...
Hələ qəmdi hasar-qalam
Qoymur ömrə bir iz salam...
Səninlə baş-başa qalam -
Bir ormanda - gül altında...
Bir az kövrək, bir az bükük
Yaddaşı da sökük , sökük...
Bax, mən bir uğursuz kötük -
Dodağının gül , altında!..



8907 oxunub

InvestAZ