XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Bakıda şagirdlərə qızıl nişanlar verildi
Elm 17:16 / 16.07.2021

Bakıda məktəblilər qızıl və gümüş nişanlarla təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  Yenisəs.az-a verilən məlumata görə, idarəninin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 8-i gümüş nişana layiq görülüb.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 60 (2 nəfər), 67, 86, 106, 111, 135, 149, 225, 244 (2 nəfər), 281 (2 nəfər), 287, 288, 314 nömrəli tam orta məktəblərin, 83, 220 nömrəli məktəb-liseylərin (4 nəfər) və Texniki Humanitar Liseyin şagirdləri qızıl, 60, 115, 215, 269, 326 nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-liseyin və 160 nömrəli Klassik Gimnaziyanın (2 nəfər) şagirdləri isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.


2059 oxunub

InvestAZ