XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU yazır: - ÖZ GÜNÜMÜN ŞEİRİ Əzilən ruhuma ....
YAZARLAR 13:24 / 15.07.2021


Adamda bəxtə bax, qismətə bax ki
Ən xoş anında da qəlbi oxlanır...
Köksündə ucalıb elə bir dağ ki -
Hər gün seyr edilir, hər gün yoxlanır...
.
Həvəs daşa dəyir,ümid divara
Gündüzün, gecənin fərqi də itir...
Ürək heç bilmir ki, kimə yalvara -
Onun çatlarında ağrılar bitir...
Sıxılır bir anda gözün dumanı
Kirpiklər şeh əmir, yanaqlarsa duz...
Yüz yerə yönəldir fikr, gumanı -
Adamı, içində ərimyən buz...

7065 oxunub

InvestAZ