XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOÖLU yazdı: - OLDU... (Saralmış dəftərdən)
YAZARLAR 09:56 / 14.07.2021

Mənim bəxtim - tək çinarın bənzəri,
Kədəri də, sevinci də bir oldu...
Ayrılmadı qəmin məndən nəzəri -
Niyə gəldim, niyə getdim?- sirr oldu...
Ümidimə qaymaq idi göz yaşı
Əlimdə iş - saymaq idi göz yaşı!
Sevincimə yaylaq idi göz yaşı -
Kirpiklərim yaş asılan tir oldu...
Günahımsa doğuluşda ləngliyim -
Ovud indi, qoyma daha təngiyim...
Məzarlaşım - susum, sönüm...səngiyim -
Deyim bu yer, gələcəyin pir oldu...
Bu dünyadan nə doğmalıq, nə ülfət
Görmədikcə sıxdı məni bu xiffət...
Özü üçün Araz olan Əbülfət .-
Sənin üçün deyən bir az kür oldu!..

3991 oxunub

InvestAZ